<span style="color:red;">Məhkəmə sədri:  "Zor tətbiq etməklə uşağı atasından alıblar"
07 yanvar 2017 12:41 (UTC +04:00)

Məhkəmə sədri: "Zor tətbiq etməklə uşağı atasından alıblar"

Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib.

 

F. Pənahov APA-ya açıqlamasında deyib ki, Quba rayon Məhkəməsinin 2009-cu ildə çıxardığı qərara əsasən uşağın xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul olunub. Bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib.

 

"Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb", - deyə hakim söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

APA Baycan

Oxşar yazılar