<span style="color:red;">Lerikdə vəhşilik : əri və qaynı hamilə qadını komaya saldı
28 iyul 2018 12:09 (UTC +04:00)

Lerikdə vəhşilik: əri və qaynı hamilə qadını komaya saldı

Lerikdə qadın döyülərək ağır xəsarət alıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Orand kəndində qeydə alınıb.

 

Kənd sakini, 1994-cü il təvəllüdlü Zakirə Fərəcova döyülərək ağır xəsarət alıb. Qadın ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun komada olduğu bildirilir.

 

 

Məlumata görə, hamilə olan Z. Fərəcova əri və qaynı tərəfindən döyülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

APA Baycan

Oxşar yazılar