
Bədbəxt hadisə: yeniyetmə avtomobillə 3 məktəbli qızı vurdu
Beyləqanda məktəbliləri maşın vurub.
APA-nın məlumatına görə, hadisə sentyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub. Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33