Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 22 yaşlı oğlanın 30 yaşlı bacısını amansızlıqla qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın hadisə yerində olmuş əməkdaşı xəbər verir ki, qətli törətmiş Emin Çobanovun anası bildirib ki, oğlu bacısını münaqişə zəmində bıçaqlayıb. O deyib ki, qızı Rübabə Çobanova mağazada işləyir və səhər işə getməyə hazırlaşarkən səs salıb. Bu zaman yuxuda olan Emin narahatlıq keçirib və qalxaraq bacısı ilə dalaşıb. Dava zamanı R.Çobanova qardaşına onun da tez-tez səs-küy saldığını deyib və mübahisə daha da böyüyüb.
Hadisəni törətmiş gəncin anasının dediklərini evdəki digər qohumlar və evin digər qızı da təsdiqləyib.
Qonşular isə hadisənin qısqanclıq zəminində törədildiyini bildirib. Onların sözlərinə görə, gənc bacı-qardaş arasında bir müddət imiş ki, gərginlik davam edirmiş. Dünən R.Çobanovanın evə gec gəlməsindən sonra qardaşla bacı arasındakı münaqişə daha da kəskinləşib. Dava zamanı R.Çobanova qardaşını bıçaqla vurmaq istəyib. Lakin daha güclü olan oğlan bıçağı onun əlindən alıb və 3 sarsıdıcı zərbə ilə bacısını öldürüb.
Qeyd edək ki, E.Çobanov hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
E.Çobanovun anası və atası gözdən əlildir. Onlar gözdən əlillər üçün tikilmiş binada 1 otaqlı evdə yaşayır.
*****
11:40
Bu gün Bakıda dəhşətli qətl törədilib. Lent.az-ın məlumatına görə, səhər saatlarında Nərimanov rayonu, Faiq Yusifov küçəsi 42 ünvanında 1994-cü il təvəllüdlü Çobanov Emin Emin oğlu bacısı 1986-cı il təvəllüdlü Çobanova Rübabə Emin qızına çoxsaylı bıçaq zərbələri endirib. 3 bıçaq yarası almış 30 yaşlı qadın hadisə yerində vəfat edib.
Hadisə yerinə əməliyyat qrupları gəlib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri admiral.az saytı yayıb.