<span style="color:red;">Bakıda dəhşət:  ana körpəsini öldürüb zibil qutusuna atdı  - <span style="color:red;">YENİLƏNİB
01 aprel 2015 12:36 (UTC +04:00)

Bakıda dəhşət: ana körpəsini öldürüb zibil qutusuna atdı - YENİLƏNİB

 

 

Bakıda zibil qutusundan yeni doğulmuş uşaq meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanılıb. Lent.az-ın Səbail rayon Prokurorluğuna istinadən məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 121-ci, yəni ananın yeni doğduğu uşağı doğuşdan dərhal sonra qəsdən öldürməsi maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

 

Bildirilir ki, Səbail rayonu 20-ci Sahə adlanan ərazidə kirayədə yaşayan Gülnarə Əzimova övladını dünyaya gətirdikdən sonra onu öldürərək zibil qutusuna atıb. G.Əzimova imkanı olmadığı üçün yeni doğulmuş övladını basdıra bilmədiyini deyib.

 

*****

 

11:13

 

Bakının Səbail rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 20-ci sahə adı ilə tanınan yaşayış massivində, Arif İsmayılov küçəsi, dalan 2 ünvanındakı zibil qutularından birində yeni doğulmuş uşaq meyiti tapılıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

 

İlkin baxış zamanı yeni doğulmuş oğlan uşağının üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Lakin daxili müayinə nəticəsində körpənin qəsdən öldürülməsinə xas əlamətlər üzə çıxıb.

 

Aparılmış operativ tədbirlər nəticəsində körpəni dünyaya gətirən qadının kimliyi müəyyən edilib və o, -  Əzimova Gülnarə Nəriman qızı polis bölməsinə dəvət edilib. O, ilkin ifadəsində uşağın ölü doğulduğunu bildirsə də, sonradan oğlunun doğuşdan sonra vəfat etdiyini təsdiq edib. O əlavə edib ki, imkanı olmadığı üçün körpəsini dəfn edə bilməyib və torbaya qoyaraq zibil qutusuna atıb.

 

Qeyd edək ki, G.Əzimova Səbail rayonunda kirayədə yaşayır.

 

Faktla bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq cinayət işinin başlanması istisna deyil.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar