(R) Daha 119 şirkət DəmirBankı seçdi
09 avqust 2017 14:37 (UTC +04:00)

(R) Daha 119 şirkət DəmirBankı seçdi

 

2017-ci ilin yanvar ayından 119 şirkət hesablarını DəmirBank-a etibar etdi . DəmirBankda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri xidmət göstərir.

DəmirBank  yeni biznes müştəriləri üçün “Smart” hesab məhsulu təklif edir. “Smart” cari hesabın açılması pulsuzdur. Manat ilə açılmış hesabın qalıq məbləğinə minimal illik 5%-dən başlayaraq faiz hesablanır.

28 illik zəngin təcrübəyə malik DəmirBank fəaliyyətin və dinamik inkişafın nəticəsi olaraq beynəlxalq maliyyə institutlarının marağına səbəb olmuşdur. Hazırda, Avropa Yenidən qurma və İnkişaf Bankı (AYİB) və Hollandiya İnkişaf Maliyyə Şirkəti FMO DəmirBankın xarici səhmdarlarıdırlar. 2017-ci ilin iyunda 11 beynəlxalq investor DəmirBank ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir. Belə ki, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 88
avatar

Oxşar yazılar