[b]Xaçmazda ağır qəza[/b] - [b]2 ölü, 3 yaralı[/b]
28 iyul 2018 07:58 (UTC +04:00)

[b]Xaçmazda ağır qəza[/b] - [b]2 ölü, 3 yaralı[/b]

Xaçmaz rayonu Muxtadır qəsəbəsi ərazisində 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, ölən şəxslər Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1980-ci il təvəllüdlü Sərkərov Simran Rasim oğlu və 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbaba oğludur.

 

Yaralılar isə Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlu, Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz Şövkət oğlu və Babayev Nəcəf Akif oğludur.

 

Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hər üçünə qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar