<b>FHN: Şamaxıda yaşayış evində yanğın söndürülüb</b> - <span style="color:red;">YENİLƏNİB-1
26 dekabr 2017 01:43 (UTC +04:00)

FHN: Şamaxıda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB-1

Şamaxıda yaşayış evində baş verən yanğın söndürülüb.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində fərdi yaşayış evində başlamış yanğın yanğın bölmələri tərəfindən söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur. Əlavə məlumat veriləcək.​

 

 

***

 

Şamaxıda yaşayış evində baş verən yanğın məhdudlaşdırılıb.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub. Yanğın saat 00:20-də məhdudlaşdırılıb.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

 

 

***

 

Şamaxı rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, yanğın 00:00 radələrində başlayıb.

 

Məlumata əsasən, 1 evdə başlayan yanğın qısa müddət ərzində qonşu evlərə keçib.

 

Hadisə yerinə Şamaxı, Qobustan və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 5 ədəd texnika və canlı qüvvəsi cəlb olunub.

 

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Oxşar yazılar