[b]Rüşvət alan baş həkim və köməkçisi MƏHKƏMƏ QARŞISINDA[/b]
20 iyun 2017 15:00 (UTC +04:00)

[b]Rüşvət alan baş həkim və köməkçisi MƏHKƏMƏ QARŞISINDA[/b]

Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstəxananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın məhkəməsi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Hüseyn Həsənovun vəkilləri vəsatət verərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Prokuror vəsatətin təmin edilməməsini və işin məhkəmə baxışına verilməsini istəyib. Vəsatət təmin edilməyib.

 

Məhkəmənin baxışı iyulun 4-ə iclası təyin edilib.

 

 

Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub -olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə şikayət olub. Bakı şəhər sakini 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edib. Bu şikayət Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənova və Mətanət Şamçiyevaya Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Səlcuq Elçin

Oxşar yazılar