<b>DİN Qaradağdakı ağır qəza ilə bağlı məlumat yaydı</b>
05 may 2018 11:20 (UTC +04:00)

DİN Qaradağdakı ağır qəza ilə bağlı məlumat yaydı

 

 

Daxili İşlər Nazirliyi dünən Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. 

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 4-də saat 18 radələrində Qaradağ  rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında Bakı şəhər sakini Adil Məmmədov idarə etdiyi “Saipa” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Rəhman Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin yarımqoşqusuna, sonradan isə paytaxt sakini Emin Muradovun eyni istiqamətdə idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub.  nəticədə A.Məmmədov və sərnişinlərindən həmyerlisi Yalçın Ağayev hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar