[b]Nazirlik 5 yaşlı uşağın öldürülməsi ilə bağlı məlumat yayıb - "ÖGEY ATASI AĞACLA DÖYÜB"[/b]
23 iyul 2018 12:15 (UTC +04:00)

[b]Nazirlik 5 yaşlı uşağın öldürülməsi ilə bağlı məlumat yayıb - "ÖGEY ATASI AĞACLA DÖYÜB"[/b]

 

Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində iyulun 16-da 5 yaşlı Murad Bayramovun atdan yıxılması, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində uşağın ögey atası, fermada yaşayan və işləyən, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tərəfindən iyulun 16-da ağac parçası ilə döyülməsi və aldığı xəsarətlərdən ölməsi  müəyyən edilib.

 

Görülmüş tədbirlərlə A.Abdullayev tutulub. 

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar