<b>Məhkəmə prokurorun tələbini yerinə yetirmədi <span style="color:red;">- ONLAR AZADLIQDA QALDI </b>
19 iyul 2018 09:32 (UTC +04:00)

Məhkəmə prokurorun tələbini yerinə yetirmədi - ONLAR AZADLIQDA QALDI

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun barəsindəki hökmdən prokuror tərəfindən verilən protest və zərərçəkmişin şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən şikayət təmin edilməyib və çıxarılan bəraət hökmü qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, şikayətdə hər iki şəxsin həbs olunması tələb olunurdu.

 

Xatırladaq ki, təqsirləndirilən şəxslər Bakı şəhərində "Sədərək" ticarət mərkəzində mağaza açmaq adı ilə zərərçəkmiş Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunublar. Barəsində həbs qətimkan tədbiri seçilən K. Dostumalıyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. K. Yusifov barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə bəraət verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

APA Baycan

Oxşar yazılar