[b]Lənkəranda avtomobil kanala aşdı: 4 məktəbli yaralanıb[/b]
11 oktyabr 2017 16:59 (UTC +04:00)

[b]Lənkəranda avtomobil kanala aşdı: 4 məktəbli yaralanıb[/b]

Lənkəranda baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum olub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, ”Lada Priora” markalı avtomaşının kanala aşması nəticəsində Lənkəran şəhər sakinləri - 2001-ci il təvəllüdlü Rəsul Quliyev, Elsevən Baxışzadə, Rauf Məmmədli və Rəşad İbadzadə xəsarət alıb.
Onlar Lənkəran şəhər 6 saylı məktəb-liseyin şagirdləridir. 
 
Həkimlər onların vəziyyətinin yaxşı olduğunu və ambulator müalicəyə göndəriləcəklərini deyiblər.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278

Oxşar yazılar