İpoteka bazarında <span style="color:red;">YENİ VƏZİYYƏT  - <span style="color:red;">faiz mübahisəsi
16 may 2019 16:47 (UTC +04:00)

İpoteka bazarında YENİ VƏZİYYƏT - faiz mübahisəsi

“Bu ilin yanvar-fevral aylarında ipoteka bazarında müəyyən azalma oldu, ancaq mart ayından etibarən yenidən ipoteka kreditləşməsi əvvəlki tendensiya üzrə verilməyə davam edir”.

Bu sözləri Lent.az-ın suallarını cavablandıran Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə ipoteka kreditləşməsində istər kommersiya banklarının aktivliyi, istərsə də ipotekaya müraciət edənlərin sayı baxımından artım hiss olunur:

“Son iki ilin dinamikasına diqqət etsək, ipoteka kreditləşməsi üzrə illik göstəricilərdə artım müşahidə olunur. Bu həm özünü il ərzində verilən ipotekalara ayrılan vəsaitlərdə, həm də müraciət edən şəxslərin çoxalmasında göstərir. Bu da deməyə əsas verir ki, ipotekaya müraciət ilbəil artır.

Məsələn, dövlət büdcəsindən illik ayrılan 50 milyon manat vəsaitlə yanaşı ötən il təqribən istiqrazlardan və digər mənbələrdən 150 milyondan artıq vəsait ipotekaya cəlb olundu.

Bildiyiniz kimi, Prezidentin fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun kapitalı 100 milyon manat artırıldı. Yəgin ki, bu ipoteka kreditləşməsinin həcmində bir qədər də artıma səbəb olacaq”.

R.Osmanlı əlavə edib ki, ümumilikdə ipoteka kreditlərinin maksimal məbləği də xeyli artıb:

“Məsələn, ipotekada bu rəqəm 150 min manatadək, sosial ipotekada isə 100 min manatadək artırılıb.

Əlçatanlılığa gəldikdə isə hesab edirəm ki, faiz dərəcələrinin müəyyən qədər yumşaldılmasına hazırda ehtiyac var. Banklar tələbdən asılı olaraq 8 faizlik göstəriciyə müəyyən dəyişiklik edərək, 7 faizə qədər azalmalar edirlər. Buna baxmayaraq, hesab edirik ki, hətta 7 faiz belə 150 min manatlıq vəsait üçün yüksəkdir”.

 

# 2187
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar

Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14