
Düşmən təxribatının qarşısını almaq üçün müdafiə mövqeləri möhkəmləndirilib - DSX
Martın 25-26-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-nın Mətbuat Mərkəzindən ONA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icra vəziyyəti, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında məruzələr dinlənilib.
Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.
Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləşdirilməsi, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yüksəldilməsi üzrə göstərişlər verilib.
Oxşar yazılar

Şirvan kanalında 91 yaşlı kişi, Qarabağ kanalında yeniyetmə batdı - VİDEO
1 iyul 2025 , 12:41
Yekaterinburqda öldürülən Ziyəddinin qabırğalarından biri tapılmayıb - RƏSMİ
1 iyul 2025 , 11:51
Sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub
1 iyul 2025 , 11:24
Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25