[b]Dələduzluq edən zərgərə 7 İL HƏBS[/b]
05 iyul 2018 12:12 (UTC +04:00)

[b]Dələduzluq edən zərgərə 7 İL HƏBS[/b]

Dubaydan brilliant almaq adı ilə tanışına qarşı 95 min manatlıq dələduzluq etməkdə təqsirli  bilinən Məmmədağa Zülfüqarovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Məmmədağa Zülfüqarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Məmmədağa Zülfiqarov Moskva univermağında qızıl satışı ilə məşğul olub. O, həmçinin zərgər olub. M. Zülfüqarov tanışı Akif Əlizadə ilə biznes qurmaq istəyib. Ondan 95 min manat alaraq Dubaydan brilliant alıb, onu üzük-sırğa keçirib satacağını bildirib. Lakin o verdiyi vədə əməl etməyib.

 

Zərərçəkənin şikayəti əsasında M. Zülfüqarov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluqla ziyan vurma) maddəsi ilə ittiham verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Səlcuq Elçin

Oxşar yazılar