![[b]Barda su vermədiyi üçün dostunu öldürənə[/b] AĞIR CƏZA](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Barda su vermədiyi üçün dostunu öldürənə[/b] AĞIR CƏZA
Barda yaranan mübahisədən sonra dostunu öldürən 1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Zaur Qasımov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində gecə klubunda baş verib. Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlu Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb.
Hadisəyə səbəb barda olan zaman Zaur Qasımovun dostundan su istəməsi olub. Lakin Xəyal Məmmədov ona su verməyib.
Bunun üstündə dostlar arasında dava düşüb və Z. Qasımov X. Məmmədovu bıçaqla vuraraq qətlə yetirib.
Oxşar yazılar

"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN
12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42