<b>Bakıda güclü yanğın olub</b> - <span style="color:red;">YENİLƏNİB-1
28 iyun 2018 06:20 (UTC +04:00)

Bakıda güclü yanğın olub - YENİLƏNİB-1

Bakının Nizami rayonunda konditer sexində güclü yanğın baş verib.

 

APA-nın məlumatına görə, hadisə Əli Vəliyev küçəsi, 7 A ünvanında qeydə alınıb.

 

Hadisə zamanı bir-birinə bitişik yerləşən bir neçə şirniyyat sexi yanıb. Yanğın əvvəlcə sexlərin birindən başlayıb və sonradan digərlərinə də keçib. Həmin vaxt sexlərdə heç kimin olmadığı bildirilir.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və 9 texnikası cəlb olunub. Tez bir zamanda yanğın lokallaşdırılıb.

 

Hadisənin dəqiq səbəbləri bilinməsə də, ilkin ehtimal olaraq elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı deyilir. Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı yaşayış binalarına elektrik enerjisinin verilişi də müvəqqəti dayandırılıb.

 

 

***

 

Bakıda sexdə baş verən yanğın söndürülüb.

 

 APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının  Nizami rayonu, Əli Vəliyev küçəsində tikilidə yanğın baş verib.

 

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

 

***

 

Bakının Nizami rayonunda konditer sexində güclü yanğın baş verib.

 

 

FHN-dən APA-ya verilən məlumata görə, hadisə Əli Vəliyev küçəsi, 7a ünvanında qeydə alınıb.

 

 

Əraziyə FHN-nin Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və  texnikası cəlb edilib.  Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar