![[b]Abbas Bağırova "atan" şəxsin işi: "Yazışmaları olub"[/b]](https://lent.az/storage/news/2019/march/05/big/9ed31e3430901a16aa7a0c7525fa4c1f.jpg)
[b]Abbas Bağırova "atan" şəxsin işi: "Yazışmaları olub"[/b]
Müğənni Abbas Bağırova qarşı dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən şəxsin qaynı Rizvan Abbasov ifadə verib.
O bildirib ki, zərərçəkmiş Xətai Yusubova onu işə düzəldəcəyi vədi verməyib: "Xətaini istintaq dövründə üzləşmə zamanı tanımışam. Ondan nə pul almışam, nə də işə düzəldəcəyimi demişəm".
Zərərçəkmiş X.Yusubov qeyd edib ki, təqsirləndirilən O.Mehrəliyev pulu ondan alan zaman R.Abbasovla danışıb: "Hələ mən də Orxanla onun işlədiyi idarənin qarşısına getmişəm. Orada Orxan içəri gedib, Rizvan Abbasovla danışdı. Rizvan Abbasovla da aramızda telefon danışıqları və "vatsap" yazışmaları olub".
Məhkəmə martın 12-də davam edəcək .
Qeyd edək ki, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.
Həmçinin, o, müğənni A.Bağırova məxsus, qarajı Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.
Cinayət materialına görə, O.Mirəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat pul alaraq, onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.
O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq, onun cinayət işinə xitam verdirəcəyini vəd edib.
O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.
Oxşar yazılar

Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05