<b>"Dəmirbank"ın qadın filial rəhbərinə <span style="color:red;">8 İL HƏBS </b>
05 iyul 2018 14:54 (UTC +04:00)

"Dəmirbank"ın qadın filial rəhbərinə 8 İL HƏBS

Mənimsəmədə təqsirləndirilən "Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Digər təqsirləndirilən Tamamgül Xanlarova 1000 manat cərimə, Fariz Qarayevin isə əmək haqqında hər ay 20 faiz tutulmaqla bağlı qərar qəbul olunub.

 

Xatırladaq ki, prokuror çıxışında Fərəh Rəşadətlinin 10 il və bankın əməkdaşı Fariz Qarayevin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Dövlət ittihamçısı bankın xəzinədarı Tamamgül Xanlarovanın isə 2 il islah işlərinə cəlb olunmasını tələb etmişdi.

 

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. F.Qarayev və T.Xanlarova isə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

İş üzrə 8 zərərçəkən şəxs tanınıb. Dəymiş ümumi ziyan 3 milyon manata yaxındır.

 

Fərəh Rəşadətli “Dəmirbank”ın filial müdiri olub, T. Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F. Qarayev isə bankın əməkdaşı olub.

 

Hər üç şəxs barəsində istintaq dövründə polis nəzarətində qətimkan tədbiri seçilib.

Lakin Fərəh Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

Səlcuq Elçin

Oxşar yazılar