[b]Təranə Qumral: "Məhkəmə qərarını icra etməyəcəm"[/b]
03 iyul 2018 13:22 (UTC +04:00)

[b]Təranə Qumral: "Məhkəmə qərarını icra etməyəcəm"[/b]

Müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində  hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı təzələnib.

 

Nazənin vəkili Ceyhun Yusifov vəsatət verərək icra məmurunun məhkəmədə dindirilməsini istəyib.

 

Həmçinin vəkil bildirib ki, Təranə Qumral bütün sosial şəbəkələrdə, yaxın ətrafına məhkəmə qərarını tanımadığını deyib: "Bildirib ki, hüquqdan üstündür. Heç zaman məhkəmənin qərarını icra etməyəcək. Həmi  sübutları məhkəməyə təqdim edə bilərik".

 

Prokurorun suallarına cavab verən Təranə Qumral da bildirib ki, məhkəmənin verdiyi qərarı icra etməyəcək: "Düşünürəm ki, məhkəmə yanlış qərar çıxardıb. Ona görə də icra etmirəm".

 

Məhkəmə iyulun 12-də davam edəcək. 

 

Qeyd edək ki, Təranə  Qumral bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.

 

Təranə Qumral Cinayət Məcəlləsinin 306-cı maddəsi barəsində iş başlanılıb. 

 

Qətnamədə bildirilir ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində 306-cı maddə ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Səlcuq Elçin

Oxşar yazılar