<b><span style="color:red;">Polisdən nümunəvi addım : balaca uşağı...</b>
23 may 2019 13:12 (UTC +04:00)

Polisdən nümunəvi addım: balaca uşağı...

Səbail RPİ-nin Post-Patrul Xidməti və 9-cu Polis Bölməsinin əməkdaşları ərazidə xidmət apararkən qucağında uşaq olan bir qadının qəfil yıxıldığını görüb yaxınlaşaraq ona ilkin tibbi yardım göstəriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları körpəni qucaqlarına alaraq sakitləşdirib, qadının ailə üzvlərini telefon vasitəsilə bu barədə məlumatlandırıblar.


​Təcili həmin əraziyə gələn qadının ailə üzvləri polis əməkdaşlarının köməkliyi ilə 2 saylı Poliklinikaya çatdırlıb.
​Zərərçəkmiş və yaxınları polis əməkdaşlarının bu cəfakeşliyinə görə onlara öz minnətdərlıqlarını bildiriblər.

# 1517
avatar

Səlcuq Elçin

Oxşar yazılar