<b>Özünü bıçaqladı, binadan atdı, boğazını kəsdi... nəhayət, öldü -</b> <span style="color:red;">YENİLƏNİB
02 iyun 2016 09:09 (UTC +04:00)

Özünü bıçaqladı, binadan atdı, boğazını kəsdi... nəhayət, öldü - YENİLƏNİB

Balakəndə bıçaqla bədəninə çoxsaylı xəsarət yetirdikdən sonra nəfəs borusunu kəsərək xəstəxananın binasından özünü atan 50 yaşlı kişi ölüb. 

 

Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynullah Məhəmməd oğlu Hudulov bu gün saat 04:30 radələrində Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində keçinib. 


Qeyd edək ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən Zeynullah Hudulov mayın 30-dan MRX-nın terapiya şöbəsində müalicə alıb. O, iyunun 1-də bədəninin qarın və döş qəfəsinə bıçaqla 30 yerdən xəsarət yetirib, nəfəs borusunu kəsib, xəstəxana binasının 2-ci mərtəbəsində özünü atıb.

 

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

***

01 iyun, saat 17:49

 

Balakən rayon sakini intihara cəhd etməzdən əvvəl özünü bıçaqlayıb. Bu barədə APA-nın yerli bürosuna Balakən Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov özünü atmazdan əvvəl qarnına və döş qəfəsinə 30 bıçaq zərbəsi endirib, boğazını kəsib.

 

15: 50 

 

Balakəndə intihara cəhd olub.

 

Şahidlərin APA-nın yerliu bürosuna verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb. Xəstəxanadan APA-ya bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.

 

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

APA Baycan

Oxşar yazılar