<span style="color:red;">Göyçayda DƏHŞƏT:  baltalayıb həyətdə basdırdı - <span style="color:red;">YENİLƏNİB
19 iyun 2017 11:44 (UTC +04:00)

Göyçayda DƏHŞƏT: baltalayıb həyətdə basdırdı - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə müraciət olunub.

 

Göyçay rayon prokurorluğunun və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

 

Meyit eksqumasiya edilib.

 

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S. Xanmaməmədov tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

 

****

 

Göyçayda qətl hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərin görə rayonun Çərəkə kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

 

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. Sadiq Məmmədovun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar