Tovuzda qadın qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, 10 gün əvvəl rayon Mərkəzi xəstəxanasında qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirən rayon sakini, 1988-ci il təvvəllüdlü Oksana Əliyeva beyinə qan sızdığına görə reanimasiya şöbəsinə yerləşdirilib. Ona 10 gün tibbi yardım göstərilsə də bü gün axşam saatlarında qadın dünyasını dəyişib.
Uşağın vəziyyətinin normal olduğu bidlirilir. Məlumata görə, O. Əliyeva 3-cü övladını dünyaya gətirib.
Faktla bağlı araşdırma aparılır.