<b>12 il əvvəl Türkiyədə qətl törədib Azərbaycana qaçanın məhkəməsi davam edir</b>
03 may 2016 11:24 (UTC +04:00)

12 il əvvəl Türkiyədə qətl törədib Azərbaycana qaçanın məhkəməsi davam edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il əvvəl Türkiyədə cinayət törədib Azərbaycanda qaçan, sonra da burada həbs edilən Mehmet Halil oğlu Sünmezin ekstradisiyası ilə bağlı məhkəmə prosesi təxirə düşüb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili iclasa gəlməyib. Məhkəmədə sabah saat 10-a qədər fasilə elan edilib.

 

Qeyd edək ki, hadisə 2004-cü il noyabrın 24-də baş verib. Türkiyənin Turgutlu - Manisa avtomobil yolunun 5-ci km-də, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Aparılan təhqiqat nəticəsində mərhumun Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib. Hadisədən sonra M.Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qismində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb. 2015-ci ildə həmin qərar yenilənib və Y.Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Y.Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən tutulub. Səbail Rayon Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Y.Akbaba (Mehmet Sünmez) barəsində Türkiyə Respublikası 1-ci Manisa Ağır Cəza Məhkəməsi tərəfindən həbs edilməsi haqqında qərarın olması və Türkiyə Respublikasına ekstradisiya olunacağını nəzərə alaraq, Mehmet Sünmezin vəkili Vasif İsrafilov onunla bağlı dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, ittihamları rədd edib, Y.Akbaba olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 104
avatar

Səlcuq Elçin

Oxşar yazılar