Azərbaycanlı alimin 100 yaşı tamam oldu
28 dekabr 2015 16:06 (UTC +04:00)

Azərbaycanlı alimin 100 yaşı tamam oldu

0

Azərbaycanın ən qocaman alimi akademik İsmayıl İbrahimovun 100 yaşı tamam olur.

Lent.az modern.az-a istinadən xəbər verir ki, akademik hazırda da elmi fəaliyyətini davam etdirir. O, həm də Uşaq Fondunun prezidentidir.

1915-ci ildə anadan olan akademik bir çox məsul vəzifələrdə, həmçinin Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və indiki Azərbaycan Neft və Sənaye Universitetinin rektoru kimi çalışıb.

O, hazırda AMEA-nın Kibernetika İnstitutunda çalışır. İsmayıl İbrahimov Azərbaycanda informatika elminin banisi sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 570

Oxşar yazılar