“VAZ 2107” piyadanı vurub qaçdı
04 oktyabr 2015 01:58 (UTC +04:00)

“VAZ 2107” piyadanı vurub qaçdı

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Vüsal Əliyev bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət edib. Tibbi yardım göstərilən yaralının vəziyyətinin normal olduğu bildirilir.

 

V. Əliyevin bildirdiyinə görə, o şəhərin Nizami küçəsində yolu keçmək istəyərkən “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Sürücü isə hadisə yerindən qaçıb.

 

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar