Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 4-də saat 15 radələrində Beyləqan rayonunun Şərq qəsəbəsində rayon sakini Şəmistan İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən qəsəbə sakini Nurlan Misirxanovu vurub. Nəticədə N.Misirxanov hadisə yerində ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.