“Dünya Bankı Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
24 iyun 2013 17:20 (UTC +04:00)

“Dünya Bankı Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dünya Bankının İKT sektorunun meneceri Randip Sudanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin şöbə müdirlərinin, birlik və müəssisə rəhbərlərinin iştirak etdiyi görüşdə Azərbaycanda həyata keçirilən İKT layihələrdən söz açılıb.


Randip Sudan ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun sürətlə inkişaf etdiyini söyləyib. Dünya Bankının İKT sektoru ilə əlaqədar həyata keçirdiyi layihələrdən danışan Randip Sudan bununla bağlı böyük təcrübələrinin olduğunu önə çəkib. Randip Sudan Dünya Bankının Azərbaycanla əsasən 3 istiqamət üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb: “Bu üç istiqamət genişzolaqlı internetin inkişafı, kibertəhlükəsizlik məsələləri və "elektron hökumət" quruculuğundan ibarətdir. Biz hesab edirik ki, Azərbaycanın sözügedən sahələr üzrə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Ona görə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq”.


Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov ölkəmizin sektor üzrə  əldə etdiyi təcrübə və görülən işlərdən söz açıb. Onun sözlərinə görə, Azərbaycanda “elektron hökumət” quruculuğu istiqamətində geniş işlər görülüb, artıq bir çox dövlət xidmətləri elektronlaşdırılıb və əhalinin istifadəsinə verilib. Sonra birlik və müəssisələrin rəhbərləri həyata keçirilən işlərlə bağlı geniş məlumat verərək Dünya Bankı ilə mümkün əməkdaşlığı nəzərdən keçiriblər.

 

Ramiz Mikayıloğlu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15