
Azərbaycanda DƏHŞƏT: Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı - VİDEO
Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Qaraqaşlı kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb.
Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Namiq Həsənov arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar yazılar

Bakıda kanaldan meyit tapıldı
7 iyul 2025 , 15:24
200 dəfədən çox binaya çıxdı, yenə pul verib düşürtdülər
7 iyul 2025 , 15:24
Almaniyada azərbaycanlı həkimin MEYİTİ TAPILDI
7 iyul 2025 , 14:22
Prokurordan Dubaydan qızıl gətirən gömrükçülərin cəzasına ETİRAZ
7 iyul 2025 , 14:17
İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir - Kərkicahan sakini
7 iyul 2025 , 14:14
Salyanda 3 yaşlı qız sirkə turşusu içdi
7 iyul 2025 , 13:55
ABŞ səhiyyəsinə 137 milyon dollarlıq zərbə vuran azərbaycanlı TUTULDU
7 iyul 2025 , 13:40