Sexdə təkər partladı: ölən var
28 sentyabr 2013 10:17 (UTC +04:00)

Sexdə təkər partladı: ölən var

 

Bakı şəhərinin Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mehdiabad qəsəbəsində yerləşən sexdə çilingər işləyən 1985-ci il təvəllüdlü Hüseynov Vüsal Şamil oğlu təmir işi ilə məşğul olarkən təkər partlayıb. Nəticədə 28 yaşlı oğlan baş nahiyəsindən ağır xəsarət alıb və hadisə yerindəcə keçinib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Nizam Rza

Oxşar yazılar