Ötən gün Hacıqabulda ilansancma hadisəsi baş verib. 6 yaşlı qızcığazı ilan sancıb. İlkin tibbi yardımdan sonra qızcığaz paytaxta - Klinik Tibbi Mərkəzə gətirilib.
Bu barədə Lent.az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, ilan sancmış qızın vəziyyəti orta ağır qiymətləndirilir.
Hazırda onun müalicəsi davam etdirilir.