Akif Çovdarovun cinayət işi məhkəmə baxışına verildi - YENİLƏNİB
10 noyabr 2016 15:53 (UTC +04:00)

Akif Çovdarovun cinayət işi məhkəmə baxışına verildi - YENİLƏNİB

 

Prosesdə zərərçəkmişlərdən Mübariz Məmmədov mülki iddiasından imtina edib və zərərçəkmişlər siyahısından çıxarılmasını istəyib. Məhkəmə mülki iddiadan imtinanı qəbul etsə də, onu zərərçəkmişlər siyahısından çıxarmayıb. Məhkəmədə məlum olub ki, cinayət işində zərərçəkmiş kimi tanınan bütün şəxslər təqsirləndirilənlərə qarşı mülki iddia qaldırıb. 

Məhkəmə baxışa verilib. Növbəti proses noyabrın 14-ə təyin edilib.

 

 

**

14:23

Akif Çovdarov prosesə xərəkdə gətirilib. O məhkəmədə həkim nazərəti altında iştirak edir. Sabiq MTN rəsmisi  xərəkdə uzanıqlı vəziyyətdə prosesdə iştirak edir.

 

**

11:56

Prosesə digər təqsirləndirilən şəxslər gətirilsə də, Akif Çovdarov gətirilməyib. Vəkil Cavid Rzazadə bildirib ki, prosesə fasilə elan edilib: "Akif Çovdarovun səhhəti ilə bağlı problemlər var. Hazırda təcridxananın müalicə mərkəzində 2-3 həkimin  nəzarətindədir. Onun məhkəmə gətirilməsi hələ təmin edilməyib.

 

Hakim saat 12:30 dək fasilə elan edib. Təcridxanadan gələcək cavab gözlənilir.

 

**

10:36

 

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası davam edəcək.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçiriləcək iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutacaq. Xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası 4 dəfədir təxirə düşür.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Səlcuq Elçin

Oxşar yazılar