Azərbaycanda Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən bu ilin yanvar ayı ərzində 2,293,167 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 1,469 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,
əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 216,585,066 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 677,639-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
2013-ci ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.