Xaricdən mal gətirən şəxs gömrükçüləri görün necə ŞOKA SALDI?  - FOTO
28 oktyabr 2022 13:18 (UTC +04:00)

Xaricdən mal gətirən şəxs gömrükçüləri görün necə ŞOKA SALDI? - FOTO

Külli miqdarda gömrük ödənişlərindən yayınma cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb. Belə ki, ölkə ərazisinə gətirilən və Azərbaycan vətəndaşı Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən bəyan edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması keçirilib. Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib.

Bəyan edilən mallar arasında  “qəlyan üçün ağızlıqlar” 116000 (yüz on altı min) ədəd göstərilsədə, faktiki olaraq 1 160 000 (bir milyon yüz altmış min) ədəd, “elektron siqaretlər” 1720 ədəd göstərilsədə, faktiki olaraq 7884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsədə, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkar edilib.

Bundan əlavə 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4500
avatar

Oxşar yazılar