Xankəndidə məktəbdən   silahlar və narkotik tapıldı
08 mart 2024 10:32 (UTC +04:00)

Xankəndidə məktəbdən silahlar və narkotik tapıldı

Xankəndidə külli miqdarda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birində və şəhər ərazisində tədbirlər keçirib. Nəticədə 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

# 2346
avatar

Oxşar yazılar