Bakıda məşhur şirkətdə ölüm hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda yerləşən “Xaliq Faiqoğlu” şirkətinin qarajında baş verib. Orada mexanik işləyən 39 yaşlı Akif Orucov qəfil ölüb.
Onun ürəktutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.