Xaçmazda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə şəhəri Atabəylər küçəsində qeydə alınıb. Buradakı evlərin birindən 56 yaşlı Poladov İslam Qazıməmməd oğlunun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
İslam Poladovun uzun müddət şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Araşdırma aparılır.