Vurduğu velosipedçinin qızı 4 gün sonra öldü
21 mart 2023 11:54 (UTC +04:00)

Vurduğu velosipedçinin qızı 4 gün sonra öldü

Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.

APA xəbər verir ki, martın 17-də 1978-ci il təvəllüdlü Zeynalov Rauf Süleyman oğlu idarə etdiyi inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurması nəticəsində sonuncu hadisə yerində ölüb.

Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı xəsarətlər alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına daxil olub.

Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən "City Hospital"a köçürülüb.

Lakin həkimlərim səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949
avatar

Oxşar yazılar