Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarının bir qismi geri qaytarıldı
08 avqust 2024 16:13 (UTC +04:00)

Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarının bir qismi geri qaytarıldı

Məhkəmə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib.

Lent.az xəbər verir ki, bu barədə onun vəkili Hikmət Əliyev məlumat verib.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun cinayət işi üzrə müsadirə olunan əmlaklarını geri qaytarmaq üçün verdiyi apellyasiya şikayətinə baxılıb.

Qərara əsasən, onun əmlaklarının bir qismi geri qaytarılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Digər təqsirləndirilən - Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

Həmçinin hökmə əsasən, V.Səfərlinin əmlakları, özünün və oğlunun bank hesablarında olan vəsaitləri dövlət nəfinə müsadirə edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V.Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, “Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib. MMC "Jurnalistlər binası"nın tikintisində podratçı şirkət olub./Report

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

Oxşar yazılar

Xəzərdə zəlzələ  oldu

Xəzərdə zəlzələ oldu

8 avqust 2024 , 16:36
Azərbaycanda istirahət mərkəzi  YANDI - VİDEO

Azərbaycanda istirahət mərkəzi YANDI - VİDEO

8 avqust 2024 , 16:20
İşdən çıxarılan icra başçısının vəziyyəti pisləşdi

İşdən çıxarılan icra başçısının vəziyyəti pisləşdi

8 avqust 2024 , 14:40
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

8 avqust 2024 , 14:27
Bakıda çimərlikdə SİLAHLI İNSİDENT : 52 yaşlı kişi öldürüldü - YENİLƏNİB

Bakıda çimərlikdə SİLAHLI İNSİDENT: 52 yaşlı kişi öldürüldü - YENİLƏNİB

8 avqust 2024 , 13:57
Bakıda 100 minlik DƏLƏDUZLUQ:  qadın tutuldu

Bakıda 100 minlik DƏLƏDUZLUQ: qadın tutuldu

8 avqust 2024 , 13:29
Polis bu qızı axtarır

Polis bu qızı axtarır

8 avqust 2024 , 12:52
Uşaq hamamda yanıb öldü

Uşaq hamamda yanıb öldü

8 avqust 2024 , 12:50