"Vasmoy" bazarın satıcılarına qarşı 244 minlik DƏLƏDUZLUQ
07 iyul 2023 18:01 (UTC +04:00)

"Vasmoy" bazarın satıcılarına qarşı 244 minlik DƏLƏDUZLUQ

0

Bakıda külli miqdarda dələduzluq edən şəxsə qarşı cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, Elman Ağasıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan olunub. İş üzrə 4 zərərçəkmiş var.

Məlumata görə, o, “8-ci kilometr” (Vasmoy) bazarında çalışan həmin 4 zərərçəkmiş satıcıdan 244 min manatlıq quru meyvələr alaraq satıb. Ancaq aldığı məhsulların pulunu qaytarmayıb.

Aldadıldığını başa düşən satıcılar E. Ağasıyev barəsində hüquq-mühafizə orqanlarına üz tutublar.

Hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

E. Ağasıyev barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3570

Oxşar yazılar