Ukraynada azərbaycanlı jurnalist həlak oldu
18 iyul 2022 14:02 (UTC +04:00)

Ukraynada azərbaycanlı jurnalist həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin tərkibində ATO-nun veteranı Kərim Qulamov Ukrayna-Rusiya müharibəsində həlak olub.

Bu barədə Lent.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad məlumat verib. Bildirilir ki, Kərim Qulamov Kiyev vilayətinin Obuxov və İrpen şəhərinin sakini olub. O, 2018-ci ildə "M2" kanalında hərbi hit paradın aparıcısı kimi tanınıb.

Qeyd edək ki, K. Qulamov əvvəllər 73-cü Xüsusi Əməliyyat Mərkəzində xidmət edib və daha sonra müharibə ərəfəsində Ukrayna cəbhəsində vuruşub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Nigar Namiq

Oxşar yazılar