Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında keçiriləcək görüş artıq başlayıb. Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşün Antalyanın məşhur “Regnum Carya” otelində təşkil olunduğu bildirilir.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilən görüş martın 10-da Bakı vaxtı ilə saat 10.00-da başlayıb.
Antalya Diplomatiya Forumunda 15 dövlət və hökumət başçısının, 67 nazirin iştirakı təsdiqlənib. Bundan başqa, NATO və ATƏT də daxil olmaqla 44 regional və beynəlxalq təşkilat təmsilçisi müzakirələrə qatılıb.