Tutulanlardan biri Fazil Mustafanı İrandan ölümlə hədələyənin qardaşıdır - YENİ FAKT
03 aprel 2023 17:35 (UTC +04:00)

Tutulanlardan biri Fazil Mustafanı İrandan ölümlə hədələyənin qardaşıdır - YENİ FAKT

0

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb.

Lent.az xəbər verir ki, DTX tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəyi barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var. 

Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib.

Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Qeyd edək ki, Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə bir müddət əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, İrandan göndərilmiş xüsusi qurğu aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3440

Oxşar yazılar