İstanbulun Maltəpə bölgəsində dəhşətli hadisə baş verib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Özal Toraman azərbaycanlı həyat yoldaşı Cəmilə Toramanı güllələyib.
38 yaşlı Özal Toraman ilə özəl xəstəxanaların birində tibb bacısı işləyən Cəmilə Toraman arasında mübahisə yaşanıb. Kişi əvvəlcə əkiz qızlarını otağa salaraq qapısını bağlayıb, sonra silahla həyat yoldaşını vurub.
Bundan sonra Özal Toraman həmin tapança ilə intihara cəhd edib.
Hadisə yerinə polis qrupları çağırılıb. Cütlük təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.