Polşanın Katovitse şəhərində 25 yaşlı oğlan depodan dəyəri 7 milyon zloti (1 476 300 dollar) olan tramvay oğurlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə ötən gecə baş verib.
Gənc tramvaya mövcud olmayan xəttin nömrəsini - 33-ü verib qonşu Xojuva tərəf gedib. O, dayanacaqlarda saxlayıb, oğurluqdan xəbərsiz sərnişinləri daşıyıb.
Xojuvada tramvay sürücülərindən biri nəqliyyat vasitəsini görüb. Onu ictimai nəqliyyatın sürəti və xəttin nömrəsi təəccübləndirib. O, bu barədə rəhbərliyə məlumat verib.
Tramvayı qaçıran şəxs dayanmaq çağırışlarına cavab verməyib. Tramvayı dayandırmaq üçün bütün şəbəkəni müvəqqəti olaraq bağlamaq lazım olub. Gənci saxlayıblar, onun tramvay sürmək hüququ yox imiş. Saxlanılan şəxs ayıq olub.