Toydan çıxan SƏRXOŞ  kişi bıçaqlandı
29 iyul 2022 08:06 (UTC +04:00)

Toydan çıxan SƏRXOŞ kişi bıçaqlandı

Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

Kənd sakini 1990-cı il təvəllüdlü Mamedov Fərman Aydın oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat edilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisə Fərman toydan sərxoş vəziyyətdə çıxandan sonra baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, hadisəni 2004-cü il təvəllüdlü Cəfərov Qabil Azər oğlu törədib.

O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
 

# 1866
avatar

Oxşar yazılar