Toydan 2 yaşlı uşağı oğurlayan qazi  saxlanıldı
19 aprel 2025 23:51 (UTC +04:00)

Toydan 2 yaşlı uşağı oğurlayan qazi saxlanıldı

Aprelin 19-da Ağstafa rayonunun Aşağı Göycəli kəndində keçirilən toy mərasimində 2 yaşlı qız uşağının oğurlanması ilə bağlı məlumat yayılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 57 yaşlı birinci Qarabağ müharibəsi iştirakçısı Telman Omarov azyaşlını mərasimdən oğurlayaraq yaşadığı ünvana aparıb. Uşağı geri almaq üçün evinə gələn valideynlərin qarşısını almaq məqsədilə T.Omarov həyətində saxladığı iti onların üzərinə buraxıb.

Hadisə zamanı sərxoş vəziyyətdə olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Azyaşlı valideynlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3698

Oxşar yazılar