Bakıda fərdi yaşayış evində yanğın olub.
Lent.az xəbər veri ki, hadisə Xətai rayonu, Polad Həşimov küçəsində, ümumi sahəsi 156 kvadratmetr olan birmərtəbəli 6 otaqlı mənzildə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Yanğına müdaxilə edilib, alov ram edilib.
Nəticədə yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Ev sahibi Ramazan Musayevin verdiyi məlumata görə, hadisə qız övladının toy məclisində olduqları zaman baş verib.
Yanğın xəbərini eşidən ev sahibi və məclis iştirakçıları toyu yarımçıq tərk etməli olublar.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin səbəbləri araşdırılır.
Elşən Yəhyayev